Roman Janrı və Biz: İran’da Türkcə Roman Yazarlığının Durmu

3 Ekim 2023 0 Yorum

Arastou Mojarrad

Bugün ədəbiyatımızın fonksiyasını genişlətmək, zənginləşdirmək və səviyəsini daha da yüksəltmək üçün roman janrı bizə su ve hava kimi zəruridir. Romanlar əsasn insanların çeşidli həyat təcrübələsinin güzgüsü olduğu üçün yarandığı gündən bəri toplumların mədəni formalaşması və inkişafı və habelə onların hansısa bir gözəllik fəlsəfəsi ətrafında toplaşıb bir araya gəldiyi uğrunda zaman zaman dərin və bədii rolu olmuşdur. Milan Kunderanın (2014) fikirlərilə desək; “roman, yeni əsrin başlanışından bəri vəfadarlıqla insanı muşayiət eləyir.” O zamandan ki öyrənmək və tanəmaq şovqu romana hoparaq insanın məlmus həyatını araşdırır, onu varləğın unudqanlığı qarşısında qoruyur və yaşam dünyasını daima ışıqlandırır.

Dünya ədəbiyat praktikasında bu ədəbi vövün mövqei möhtəşəm və yüksək olduğu bir halda birçox bəlli arqumantlara görə hələ bizfə həyatınin ən körpə dövrünü yaşayır. Roman oxuma təcrübəmiz çox olsa da roman yazmaq təcrübəmiz olduqca azdır. Bu gözəl körpə, adından bəlli olduğu kimi demək olar bizdə yenicə mütəvəllid olmuşdur. Əgər çağdaş dövrdə üç-beş romanı istisna etsək görəcəyik ki əslində bizdə (İrandaki Azərbaycan) roman son on-onbeş ilin içərisində doğub ərsəyə gəlmişdir. Bizdəki roman cərəyanı İranda (Fars dikində) Türkiyədə və Azərbaycan respablikasındaki roman prosesi ilə muqayisədə demək olar ki sifir dərəcədədir. Bu isə yaradıcılıq gedişatında mənfi olaraq təsirsiz ötmür. Bizdə ənənəvi roman omadığı üçün doğma roman yazıçısı heçbir ilkin təcrübəyə müraciət etmədən neçə qat çətinlik çəkir. Buna əlavə edin: heç cürə təhsil görmədiyi bir dildə yazmaq və beynində qurduğu anlamı transfer etmə çətinliyi, oxucu kütləsinin meyar dili tanımağı, adam başına kitab oxuma səviyəsinin azlığı və birçox görünən və görünməyən səbəblər ucubatından ən azı yazıcının müəyyən manevrlər etmək üçün əli açıq olmur. Bu səbəblər isə çox vaxtlar yazıcını, özünü sansür etmək və hansısa bir mövzuya toxunmağın xeyrindən keçmək məcburiyətində qoyur.

Normal olaraq romantizmi, başqa ard arda gələn ədəbi prosesləri təcrübə etməyən bir coğrafyada bir yazıçı birdən birə özünü modernizm və post modernizm muəllifələri əsasinda yazmaq və sınamaq zorunda görür. Eyni zamanda bütün bunlar bir halda baş verir ki Alen Rub Geriye (2013) demişkən: oxucu kütləsinin əksəriyəti romanda olan təsəvvuru Balzac dövrünün təsəvvurdur.

Doğrudur bu sözü Alen Rub Geriye 1956-ci ildə və Fransada deyib amma bu söz hələ də bizə şamil olur. Bizim 21-ci əsrdə yaşamağımıza baxmayaraq özümüzə məxsus problemlərimizi yaddan çıxardmasaq deyə bilərik ki durum, təxminən haman durumdur. Bunu aydın göstərmək üçün belə deyim: bugün Fransanin yazıçısı (orada ildə roman festivalı keçirilir və yüzlərlə roman sərgilənir) gözün açıb Honoré de Balzacı, Gustave Flaubert və Victor Hugo və onlarin ardınca gələn Albert Camus və Jean-Paul Sartrei və başqalarını görür. O əlbəttə ki öz modern yaradcılığını belə belə möhkəm təməllər və onlardan qalan ədəbi mirasın üzərində qurur və yeri gəlmişkən deyim üstəlik söz azadlığının rantından da faydalanır və bəzən mükafatları da biçir. Amma bizdə necə, dönüb arxaya baxarkən yalnız bərəhut görürük. Bəlkə də muqayisə işi yaxşı deyil lakin bugün buranın yazıcısı bu problemlərlə əl bə yaxa ikən yenə yazır. Çünkü dilini və mədəniyətini sevir və vaqifdir ki bugün dünyada ilk öncə əsasən kültür inkişafı üzrə yarış keçirilir və çağdaş insan kimi Azərbaycan insanı da bütün problemlərə rağmən bu yarışda iştirak etməli və qələbəni düşünməlidir.

Ümüd edirəm oxucu, bəstəkar, sinema, televizyon, radyo və festivalların arxa durması ile bizde de roman janrı yayqinliq mərhələsinə yüksəlsin və açmamış solmasın.

1998-ci ildə André Malraux, Tehrana gəlir və musahibələrinin birində deyir: bizim zaman daha roman yazmaq dövrü deyil. O, təbii ki 19-cu əsrin realisti romanını nəzərə alırdı. Ondan illər öncə James Joyce, Franz Kafka və William Faulkner əsərləri ilə anti roman aşaması başlamışdır. “Yeni zaman” hərəkatı isə romanı ənənəvi romanın çatışmazlıqlarını aradan qaldırmaq və onun məhv olmağının qarşısını almaq məqsədi ilə yaranmışdır.

Axtarıcılar bilirlər ki sonralar modern roman onun da çatışmayan cəhətlərini aşikar edib çiçəkləndirən postmodern roman müəllifələri necə romanı xilas edib bu dəfə daha da yüksək rütbəyə qaldırmışdır. Belə çabalar belə çaxnaşmalar və bu kimi qayğı və səylər bizdə olmamışdır. Haman çalışmalar ki yeni tapıntılar üzrə həmişə təndiri isti saxlayır. Bütün bunlarla yanaşı yazıcılarımızın ürəyini qızdırmaq üçün ən əsas amil oxucu kütləsinin oxuculuq və diqqətlə oxuculuq faktörü və coşqunluğudur. Bizdə də roman janrı -arac olmamaq şərtilə- genişlənib dərinləşərsə, muasir dünyada təbiətimizi təsvir edən bir mahir rəssamın əsərləri kimi kültürümüzün, dünya görüşümüzün, düşüncə və həyat təcrübəmizin geniş güzgüsünə çevriləbilər.